3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Bakıda yeni şahmat klubunun açılışı olub

Bakıda “Şah & mat” klubunun açılışı olub.
 
Futbolxeber.az saytının məlumatına görə, tədbirdə AŞF rəhbərliyi, tanınmış qrossmeysterlər və məşqçilər iştirak ediblər.
 
Açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yeni fəaliyyətə başlayan məktəbə uğurlar arzulayıb.
 
Federasiya rəhbəri klubun yeni nəsil şahmatçıların formalaşmasında və bu idman növündə rəqabətin artmasına dəstək olacağını bildirib.
 
M.Məmmədov qeyd edib ki, klubun təsisçiləri Azərbaycan şahmatının aparıcı simaları olmaqla yanaşı, ölkədə idmanın bu növünün inkişafında xüsusi çəkiyə və önəmə malik insanlardır. “Şah & mat” qısa zamanda ölkə idmanına yeni adlar bəxş edəcək. Çünki burada peşəkarlardan ibarət komanda çalışır.
 
“Şah & mat” klubunun rəhbəri, əməkdar məşqçi Anar Allahverdiyev əsas məqsədin ölkədə şahmatın inkişafına töhfə verməklə yanaşı, gələcəkdə milli komandada çıxış edəcək istedadlı gəncləri üzə çıxarmaq olduğunu söyləyib.
 
Qeyd edək ki, “Şah & mat” klubunda şahmatla yanaşı, rəsm, məktəbəqədər hazırlıq və digər sahələr üzrə də bölmələr fəaliyyət göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31