29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Azərbaycan karateçiləri Avropa çempionatında 3 qızıl və 1 gümüş qazanıblar

Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb.

Futbolxeber.az saytının məlumaıtna görə, 13 dövlətin, o cümlədən Bolqarıstan, Litva, Gürcüstan, Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya və İspaniyanın iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı ilə (Vüsal Əliyev, Kənan İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) qatılıb.

Belə ki, idmançılardan -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215 (U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final qarşılaşmasında Malta idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230 (U-19) kateqoriyasında çıxış edən digər idmançımız Kənan İsmayılzadə isə yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olub, yalnız finalda Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.

“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, vitse-prezident Vəliyulla Bünyatovun və yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.

Bundan əlavə, Federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk”, - Federasiya vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30