29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Naxçıvanda Zəfər Gününə həsr olunan voleybol yarışına start verilib

Naxçıvan Voleybol Federasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, həmçinin Təhsil Nazirliklərinin dəstəyi ilə İlham Əliyev adına İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardından Dövlət Himni səsləndirilib. Birincilik bədii hissə ilə davam etdirilib. Naxçıvan Qarnizonunun Hərbi orkestrinin ifasında marşlar, Naxçıvan Dövlət Filormaniyasının solistlərinin ifasında Ulu Öndərə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib. Filormaniyanın mahnı və rəqs ansamblı rəngarəng rəqs nömrələri ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Açılış mərasimində Naxçıvan Voleybol Federasiyası İctimai Birliyinin prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov və Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov çıxış ediblər, komandalara uğurlar arzulayıblar.

Federasiyanın vitse-prezidenti Aydın Mirzəyev yarışın reqlamenti barədə məlumat verib.

Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışda əvvəlcə qızların mübarizəsinə start verilib. Qeyd edək ki, komandalar A (Şahbuz, Şərur, Babək, Culfa) və B (Sədərək, Naxçıvan, Ordubad, Kəngərli) qrupları olmaqla dairəvi sistem üzrə qarşılaşacaqlar. Hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Noyabrın 2-də isə oğlanlardan ibarət komandaların muxtar respublika birinciliyi çərçivəsində oyunlara start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30