3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycanın 25 güləşçisi dünya çempionatında mübarizə aparacaq

Azərbaycanın 25 güləşçisi Albaniyanın paytaxtı Tiranada keçiriləcək U-23-lər arasında dünya çempionatında mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, onlardan 9-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçi olacaq.

Mundialın ilk günlərində baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında sərbəst güləşçilər Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Əşrəf Aşırov (79 kq), Arseni Djioyev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) çıxış edəcəklər.

Daha sonra böyük məşqçi Toğrul Əsgərov və məşqçi Solmaz Adilovanın başçılığı altında qadın güləşçilər Elnurə Məmmədova (50 kq), Əsmər Cankurtaran (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) çempionluq uğrunda yarışacaqlar.

Dünya çempionatının son günlərində yunan-Roma güləşçiləri Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Ruslan Nurullayev (72 kq), Xasay Həsənli (77 kq), Elcan Məmmədov (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparacaqlar. Onlara baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Elvin Mürsəliyev rəhbərlik edəcəklər.

Sərbəst güləşdə İslam İlyasov (97 kq), qadın güləşində isə Gültəkin Şirinova (53 kq) zədə səbəbindən mundiala qatılmayacaqlar. Turnirdə I dərəcəli hakim İntiqam Alıyev ədaləti qoruyacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 23-29-u tarixlərində keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31