2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycan cüdoçuları dünya çempionatında 2-ci yeri tutdu

Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıb, 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.

Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında -48 kq. çəki dərəcəsində Könül Əliyeva yarışı 5-ci yerdə tatamlayıb.

Çempionatının ikinci günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.

Yarışın üçüncü günündə oğlanlar arasında -90 kq. çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə güclərini sınayıb. Nəticədə Vüqar yarışın gümüş medalını əldə edib. -81 kq. çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq. çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31