2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

DÇ: Azərbaycan cüdoçuları IV gündə medal qazana bilmədilər

Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatının dördüncü günü Azərbaycan cüdoçuları üçün uğursuz alınıb.

Futbolxeber.az saytının məlumatına görə, tatamiyə çıxan bir kişi, iki qadın idmançı fəxri kürsüyə yüksələ bilməyib.

Halbuki Ramazan Əhmədov +100 kq çəki dərəcəsində buna yaxın olub. Lakin o, bürünc medal uğrunda görüşdə türkiyəli rəqibinə məğlub olub.

Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) isə turnirlə daha erkən vidalaşıblar. Onlar 1/16 final səddini keçsələr də, növbəti raundda uduzublar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31