3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib

“Mingəçevir Reqatası-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.

Futbolxeber.az-ın məlumatına görə, qurumun rəsmi saytında yarışla bağlı yazı paylaşılıb.

Yazıda turnirlə bağlı ümumi məlumatlar verilib: “Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində Azərbaycanda Beynəlxalq “Mingəçevir Reqatası-2023” keçiriləcək. Yarışlar avarçəkmə və kanoe idman növlərini ölkədə inkişaf etdirmək üçün təşkil olunur. Məqsəd insanların sağlamlığını möhkəmləndirmək, avarçəkmə və kanoe idman növlərini əhali arasında populyarlaşdırmaq, idmançıların ustalıq səviyyəsini yüksəltməyə çalışmaqdır. Bunu nəzərə alaraq, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası idmançıların və məşqçilərin yarış günlərində qonaqlama, yemək, akkreditasiya haqları və transfer xərclərini ödəyəcək. Səyahət xərcləri komandalar tərəfindən qarşılanır”.

Qeyd edək ki, ilk dəfə 2022-ci ildə keçirilən “Mingəçevir Reqatası-2022” və bu il baş tutan “Prezident Kuboku-2023” beynəlxalq reqataları Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31