3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Futbolxeber.az saytına Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.

Son yarış günündə çəkisi 67, 73, 81, 89, 96 və 109 kq olan atletlər qaliblərin adına aydınlıq gətiriblər. 67 kq çəki dərəcəsində toplam 258 kq (118+140) nəticə ilə Fuad Həsənov, 73 kq çəki dərəcəsində toplam 255 kq (120+135) nəticə ilə Murad Əliyev, 81 kq çəki dərəcəsində toplam 248 kq (115+133) nəticə ilə Hüseyn Heydərov, 89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə toplam 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıblar.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlar üçün hazırlıqlı idmançıların müəyyən olunması olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31