3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Federasiya prezidenti ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Futbolxeber.az saytına qurumdan verilən məlumata görə, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə Azərbaycanda fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər.

Federasiya prezidenti bildirib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranların gələcəkdə daha böyük uğurlara imza atmaları üçün lazım olan addımların atılması istiqamətində fikir mübadiləsi aparmaqdır.

Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə müzakirələr aparılıb. Problemlər səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırmanın inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.

İclasdan sonra Kamran Nəbizadə gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini izləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31