3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan cüdoçuları “Açıq Asiya” turnirinə qatılacaqlar

Azərbaycan cüdoçuları oktyabrın 7-də Qazaxıstanın Aktau şəhərində başlayacaq “Açıq Asiya” turnirinə qatılacaqlar.

Futbolxeber.az saytının məlumatına görə, iki gün davam edəcək yarışın mükafatları uğrunda 14 idmançımız mübarizə aparacaq.

"Açıq Asiya" turnirində məşqçilərin etimadını Nurlan Kərimli (60 kq), Babarahim Mirzəyev (hər ikisi 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq), Məmmədrza Hacızadə, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), İbrahim Ağakişiyev, Əjdər Bağırov, Musa Hüseynli (hamısı 90 kq), Ruslan Nəsirli (100 kq), Camal Feyziyev və İmran Yusifov (hər ikisi +100 kq) doğrultmağa çalışacaqlar.

Komandaya millinin böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitiki Zaur Babayev rəhbərlik edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31