3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib

Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ilk yarış gününün qalibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.

"Körpücük" üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.

Kişilərdə isə əvvəlcə 55 kq çəki dərəcəsində mübarizə baş tutub. Toplam 215 kq (95+150) nəticə ilə Dəniz Cabbarlı qızıl, 162 kq-la (71+91) Xəyyam Allahverdiyev gümüş, 160 kq-la (70+90) Dəniz Bağırov isə bürünc medal qazanıb.

Çəkisi 61 kq-a qədər olan atletlərin yarışında Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 240 kq (110+130) nəticə ilə rəqiblərini üstələyib. 202 kq (91+111) nəticə ilə Orxan İmanov gümüş, 200 kq-la (94+106) Ramiz Kərimov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31