4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Digər idman növləri

Sambo millimizin dünya çempionatı üçün heyəti açıqlanıb

Oktyabrın 5-9-u aralığında Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.

Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) mübarizə aparacaq. Gənclər kateqoriyasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) gücünü sınayacaq.

Qeyd edək ki, samboçular hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31