28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

"Olimpiadaya yalnız iştirakçı kimi getmək istəmirəm"

"Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə aparsam, oraya yalnız iştirakçı kimi getmək istəmirəm".
 
Futbolxeber.az saytının məlumatına görə bunu Bakıda təşkil olunan Böyük Dəbilqə turnirdə qızıl medal qazanan cüdoçu Yaşar Nəcəfov deyib.
 
66 kq çəki dərəcəsində çıxış edən idmançı olimpiadada medal qazana biləcəklərini söyləyib: "Hər şey ola bilər. Bizim çəkidə çox böyük rəqabət var. Millidə kimin lider olacağı barədə nəsə deyə bilmərəm. Cüdoçularımızın hamısı istedadlı və güclüdürlər. Olimpiadaya vəsiqəni tam təmin edənə qədər danışmaq istəmirəm. Hələ qarşıda 9 ay vaxtımız var və bir neçə lisenziya xarakterli turnirlər olacaq".
 
24 yaşlı cüdoçu Bakıda qalib gəldiyi yarış haqqında da danışıb: "Mənə dəstək verən və yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu hissləri sözlə ifadə etmək olmur. Çünki öz ölkəmdə qızıl medal qazanmaq həmişə arzum olub".
 
Nəcəfov rəqiblərinin güclü idmançılar olduğunu vurğulayıb: "Püşkatmadan sonra kimlərlə üz-üzə gələcəyimi demək olar ki, bilirdim. Onların bəziləri əvvəl məni məğlub etmişdilər. Amma bu barədə heç nə fikirləşmədim və yarış gününü gözlədim. Həmin vaxt isə özümü yaxşı hiss edirdim. İtaliya təmsilçisinə qalib gələndə ən azı finala yüksələ biləcəyimi düşündüm və sonda qalib oldum".
 
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Yığma bu nəticə ilə komanda hesabında birinci olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30