28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44) dünya çempionu tituluna sahib olub.

Futbolxeber.az saytının məlumatına görə, 70 kq çəkidə qüvvəsini sınayan idmançı bu uğura Meksikanın Verakrus ştatında keçirilən mundialda imza atıb.

Qeyd olunub ki, 1/16 finaldan azad olan Xəlilov ilk döyüşündə ispaniyalı parataekvondoçu ilə üz-üzə gəlib. Həmyerlimiz dünya və Avropa çempionunu 7:3 hesabı ilə məğlub edib. O, ardınca gürcüstanlı idmançını mübarizədən kənarlaşdırıb - 16:2. İmaməddin yarımfinalda Kuba təmsilçisi ilə döyüşüb. Gərgin keçən görüşdə yığma üzvü 12:9 hesabı ilə qələbə qazanıb.

Parataekvondoçumuzun finalda rəqibi özbəkistanlı olub. Xəlilov bu dəfə 5:2 hesabı ilə qalib gələrək, dünya çempionu adına yiyələnib və Meksikada Azərbaycan himnini səsləndirib. Bununla da İmaməddin iştirak etdiyi 6 yarışda 6-cı mükafatını qazanıb. Niderlandda Avropa Paralimpiya Oyunlarında, Cənubi Koreyada açıq Dünya Çağırış Yarışında, Meksikada Qran-pridə birinci yeri tutan parataekvondoçu Fransada açıq Avropa çempionatında ikinci, Parisdə Qran-pridə üçüncü olub.

Dünya çempionatındakı uğur parataekvondonun Yay Olimpiya Oyunlarına daxil edilməsindən sonra ilk qızıl medal kimi tarixə düşüb.

Qeyd edək ki, yarış sentyabrın 24-də yekunlaşacaq. Mundialın son günündə Əbülfəz Abuzərli (80 kq, K-44) mübarizəyə qoşulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30