28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of Nature” (“Təbiətin lütfü”) beynəlxalq turniri keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Azərbaycan və Qazaxıstan komandalarının ümumilikdə 250-dək idmançısı mübarizə aparıb.
 
Bölgədə gimnastika növləri üzrə təşkil olunan ilk beynəlxalq turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
 
Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən 20 klubdan gimnastlar da qoşulublar. Onlar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış ediblər.
 
Qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşib.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30