27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Kikboksinq üzrə Azərbaycan çempionatı və birinciliyinin açılış mərasimi keçirilib

Kikboksinq üzrə XXVII Azərbaycan çempionatı və birinciliyinin təntənəli açılış mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Milli Məclisin Gənclər və İdman Komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə sükut elan edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclisi Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.

Ölkəmizdə ordu quruculuğuna, bədən tərbiyəsinə ayrılan yüksək diqqət və qayğı nəticəsində bu gün rəşadətli ordumuzun Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyində bizlərə qazandırmış olduğu tarixi qələbədən bəhs edən Adil Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə qanunsuz erməni silahlı dəstələrinə qarşı uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar məlumat verib və 24 saatdan az vaxtda separatçıların bütün silahlarının sıradan çıxarıldığını və təslim olmaq məcburiyyətində qaldıqlarını vurğulayıb. Bildirib ki, məhz bu gün qazanılan uğurlara görə dövlət başçısına, rəşadətli ordumuza, xüsusən də bu yolda canını qurban verən şəhidlərimizə borcluyuq. Qələbəmizin memarları olan qəhrəmanlar Vətən yolunda canlarını fəda edərək, bizə tarixi qələbə bəxş ediblər.

Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker qurumun keçdiyi tarixi yoldan bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev qurumun qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Həmçinin yarışlar barədə məlumat verərək, qazanılan yüksək nəticələrdən danışıb.

Açılış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin millət vəkilləri Şahin İsmayılov, Etibar Əliyev, Mahir Abbaszadə, Könül Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərov və Müşfiq Cəfərov iştirak ediblər.

Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30