28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Əzizli və Hüseynov finalda

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan idmançı Türkiyə təmsilçisi Burhan Akbudakla üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn Hüseynov sabah qızıl medal uğrunda qarşılaşmada İrandan olan Əlirza Mohmadipiani ilə görüşəcək
 
Daha əvvəl 55 kq-dakı Eldəniz Əzizli finala vəsiqə qazanıb. İkiqat dünya çempionu Gürcüstan idmançısı Nuqzari Tsurtsumia ilə münasibətlərə aydınlıq gətirəcək.

 

***

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında finala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Puya Dad Marzla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əzizli sabah qızıl medal uğrunda görüşə çıxacaq.

***

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.

E.Əzizli və S.Süleymanov bu raundda Qazaxıstan təmsilçilərindən güclü olublar. Onlar müvafiq olaraq Marlan Mukaşev və Demeu Jadrayevə qalib gəliblər. R.Hüseynov isə yarımfinal yolunda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən Aues Qonibovu məğlub edib.

Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30