27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Azərbaycanın stolüstü tennisçiləri erməni rəqiblərini məğlub ediblər

Azərbaycanın 19 yaşadək stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində erməni rəqiblərini məğlub ediblər.

Futbolxeber.az saytının məlumatına görə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Xədicə Əbilzadə qrup mərhələsini inamla adlayaraq, sentyabrın 20-də keçiriləcək 1/8 finala vəsiqə qazanıblar.

Qrupda L.Abdulhəmidova Asya Poqosyanı 3:0, Z.Mikayılova Ellada Gevorqyanı 3:1, N.Mahmudova isə Mariam Ambarsumyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

U-17-lərin mübarizəsində yarımfinalda məğlub olan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutublar. Yağmur Məmmədli də 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərib.

15 yaşadək stolüstü tennisçilərin yarışında isə Mərziyyə Nurmətova, Aylin Əsgərova, Aysu Ağayeva, Arzu Aslanova və Yağmur Məmmədli 1/8 finala yüksəliblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30