28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

“Heydər Əliyev İli” çərçivəsində atıcılıq turniri keçirilib

Bakı Atıcılıq Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş gənclər arasında “Hədəf 12” atıcılıq turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, turnir “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc SİMA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub.

Gənclər tərəfindən böyük maraqla qarşılanan, artıq ikinci ildir ki, həyata keçirilən turnirin təşkilində əsas məqsəd hərbi-vətənpərvərlik hissinin aşılanması, bu idman növünə marağın artırılması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.

Bu il turnirə 300-dən çox gənc müraciət edib. Müraciəti müsbət dəyərləndirilmiş 100 nəfər gənc komandalar şəklində turnirə qatılaraq qalibiyyət uğrunda mübarizə aparıb.

Turnirdən öncə gənclər peşəkar təlimçilər tərəfindən silahla davranış qaydaları, silahdan təhlükəsiz istifadə, müxtəlif hərəkətli və dayanıqlı hədəflərə atış, dəqiq nişanalma və digər təməl bacarıqlar haqqında ətraflı məlumat əldə ediblər. Gənc qazilər turnirin formatına uyğun olaraq komanda kapitanı və təlimatçı kimi yarışa qatılıblar. 15 komandanın iştirak etdiyi 3 mərhələdən ibarət turnirdə ən çox hədəfi vuran “Zəfər” komandası qalib elan olunub, “Murov” və “Canavarlar” müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Həmçinin ən yüksək nəticə ilə turnirin “Sərrast atıcı”sı müəyyənləşib.

Mükafatlandırma mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftahətdinova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov və təşkilatın idarə heyətinin üzvü, Aprel döyüşlərinin qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev qalibləri kubok, medal və sertifikatlarla təltif edib, onlara hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində gənclərdə maraq doğuran müxtəlif fəaliyyətlər - intellektual oyunlar, görüşlər, turnirlər və ekskursiyalar davamlı olaraq təşkil olunur. Bu kimi fəaliyyətlərin ilin sonuna kimi davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30