29 Aprel 2024, Bazar ertəsi
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Azərbaycanlı hakim "A" kateqoriyası alıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
 
İmtahanda ACF hakimlər heyətinin üzvü Akif Tahirov da iştirak edib. Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 15-17 sentyabrda keçirilən böyüklər arasında Pan-Amerika və Okeaniya çempionatında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən həmyerlimiz “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
 
Qeyd edək ki, Akif Tahirov yarışda kişilər arasında 60 kq çəkidə bürünc medal uğrunda və 81 kq çəkidə final görüşündə, qadınlar arasında isə 63 kq çəki dərəcəsində finalda hakimlik edib. Komanda yarışlarında isə final görüşlərində ədalət təmsilçiləri arasında yer alıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30