28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Digər idman növləri

Karlsen: “Adımı Dünya Kubokunun tarixinə yazdırdım”

"Nəhayət, adımı Dünya Kubokunun tarixinə yazdırdım”

Futbolxeber.az-ın məlumatına görə, bunu Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi Maqnus Karlsen turnirin rəsmi saytına açıqlamasında deyib.

Beşqat dünya çempionu kolleksiyasında çatışmayan yeganə titulu qazandığı üçün xoşbəxt olduğunu bildirib: “Klassik şahmata münasibətim hamıya məlumdur. “Norway Chess” turnirindən sonra Bakıya gəlmək barədə qərar qəbul etdim. İlk günlərdə çətin hisslər yaşayırdım. Dünya Kubokunda sona qədər irəliləmək əsas hədəfim idi. Bakıya qalib olmaq üçün gəlmişdim. Dünya Kubokunu qazandığım üçün xoşbəxtəm”.

Norveçli qrossmeyster dünya şahmat tacı uğrunda mübarizənin formatının dəyişdirilməsinin vacibliyini qeyd edib: “Beynəlxalq Şahmat Federasiyası qaydaları yenidən nəzərdən keçirməlidir. Klassik şahmatda islahat olmalıdır. Oyuna verilən zaman azaldılarsa, daha maraqlı mübarizə izləmək mümkündü. Qəti qərar söyləmək üçün müzakirələr lazımdır. Qaydalar dəyişərsə, yenidən çempionluq uğrunda mübarizəyə qayıtmaq ehtimalım var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30