28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Federasiya prezidenti fərqlənən voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçular üçün təşkil olunmuş məşq prosesinə baxış keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan və Şahin Çatmanın rəhbərlik etdiyi məşqlərdə bir neçə gün əvvəl yekunlaşmış “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə fərqlənən 40-a yaxın uşaq iştirak edir.
 
Görüşdə Ş.Bağırova məşq prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə davam etdirilir. Federasiya rəhbəri uşaqların vəziyyəti və yaradılmış şəraitlə maraqlanıb. Onlara məşqlərə və dərslərə ciddi yanaşmalarını, peşəkar voleybolçu olmaq, gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmək yolunda var gücləri ilə çalışmalarını tövsiyə edib.
 
Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər. Federasiyadan bu cür seleksiya məşqlərinin və düşərgələrin mütəmadi təşkil olunacağı bildirilib. Seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30