28 Aprel 2024, Bazar günü
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu
32-ci turun hakim təyinatları

Digər idman növləri

Gimnastlarımız beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycanın qadın idman gimnastları Misirin paytaxtı Qahirədə keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində 6 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, mükafatlardan 4-ü "qızıl", 1-i "gümüş", 1-i isə "bürünc" olub.

Komandanın heyətində ən yüksək nəticəyə Xədicə Abbaszadə imza atıb. 13 yaşlı idmançı yeniyetmələr arasında dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medallar əldə edib.

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu yaş kateqoriyasında çıxış edən digər gimnast Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.

Qeyd edək ki, “Pharaoh’s Cup” turnirində kişilərdən ibarət Azərbaycan yığmasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada 3-cü yeri tutublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30