27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Taekvondo millilərimiz Estoniyaya gedib

Azərbaycanın əsas və gənclərdən ibarət taekvondo milliləri Avropa çempionatı üçün yarışın təşkil olunacağı Estoniyanın paytaxtı Tallinə yollanıblar.

Futbolxeber.az saytının məlumatına görə, komandalar avqustun 24-26-sı aralığında mötəbər yarışda iştirak edəcəklər.

Böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə qitə birinciliyində kişilərə baş məşqçi əvəzi Məmməd Abdullayev, qadınlara isə baş məşqçi Sun Mi Park rəhbərlik edəcək. G1 kateqoriyalı çempionatda Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Həmidreza Badrialiabadi (+80 kq), Səmərrux Osmanova (49 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidova (67 kq) mübarizə aparacaqlar.

Gənclərdən ibarət yığma isə G2 kateqoriyalı yarışda 16 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Məmməd Abdullayevlə məşqçi Zahid Məmmədov turnirdə Məhəmməd Həsənli (45 kq), Fuad Məhərrəmli (48 kq), Aydın Süleymanov (51 kq), Ramil Əsədov (55 kq), Marat Məmmədov (59 kq), Vüqar Bağırov (63 kq), Elcan Əliyev (68 kq), Hüseyn Xudiyev (73 kq), Səlimə Quliyeva (42 kq), Zemfira Həsənzadə (44 kq), Seyidxanım Məmmədova (46 kq), Banu Quliyeva (49 kq), Məryəm Məmmədova (52 kq), Səadət Abbasova (55 kq), Nərgiz Kazımova (59 kq) və Nigar Abdullayevaya (67 kq) şans verəcəklər.

Komandalara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək. Bu yarışlara referi kimi isə federasiyanın baş hakimi Gündüz Abdullayev və Elşad Məmmədov qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan yığmaları avqustun 28-də Bakıya dönəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30