27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Digər idman növləri

Yeniyetmə cüdoçular dünya çempionatına yollanıblar

Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət cüdo yığmaları dünya çempionatına yollanıblar.

Futbolxeber.az saytının məlumatına görə, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq yarışda ölkə 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

ACF-nin prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu komandaların təlim-məşq toplanışlarını ziyarət edərək, onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçulara yarışda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda oğlanlardan Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov, Cəsur İbadlı (66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq), Ramazan Əhmədov (+90 kq) qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaq. Mehdi Abbasov, Rəsul Səmədli və Ümüd Qurbanov komanda yarışında mübarizəyə qoşulacaqlar.

Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılar 23-26 avqustda fərdi yarışlarda, 27 avqustda isə komanda növündə iştirak edəcəklər.Azərbaycan taekvondo milliləri Avropa çempionatı üçün Estoniyaya yollanıblar

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30