3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

İsveçli atıcı: "Həm təşkilatçılıq, həm də Bakı çox gözəldir"

"Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada qızıl medal qazanan İsveç idmançısı Viktor Lindqren deyib.

20 yaşlı atıcı Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib: "İlk dəfə Dünya kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31