2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Millimizin blokçusu: "Hər oyunda qələbə qazanıb..."

"Hər kəs öz tapşırığını bilir və onu yerinə yetirmək üçün çalışır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət voleybol üzrə millimizin blokçusu Olena Xarçenko qurumun mətbuat xidmətinə müsahibəsi zamanı qeyd edib.
 
İdmançı bildirib ki, Avropa çempionatına hazırlaşmağa kifayət qədər vaxtları olub: “Bəzi oyunçularımızda zədələr vardı, bəzilərimiz bütün yoxlama matçlarında oynaya bilməsək də, bu, hazırlığa mane olmadı. Çünki biz ilk il deyil ki, bir yerdə oynayırıq, hamımız bir-birimizi yaxşı tanıyırıq. Düşünürəm ki, hər kəs formadadır. Oynaya bilmədiyimiz müddətdə məşqçilərin xüsusi proqramı ilə hazırlığı davam etdirirdik ki, formada qalaq”.
 
“Düsseldorfda ilk məşqimiz baş tutdu. Hər şey normal keçdi, əhvalımız yaxşıdır. Yarışda addım-addım irəliləyəcəyik. Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik. Daha yaxşı çıxış edib məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik", - deyə Olena Xarçenko əlavə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31