2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

"Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək"

Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarı ilə, “Dünya Cüdo Turu” çərçivəsində 22-24 sentyabr 2023-cü ildə keçiriləcək Bakı Böyük Dəbilqə (BBD) yarışının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, rəsmi olaraq “Heydar Aliyev Baku Grand Slam 2023” adlandırılacaq yarış Milli Gimnastika Arenasında baş tutacaq. Turnirdə 60-dan çox ölkədən 350-dən artıq idmançının iştirak etməsi gözlənilir. Yarışın dünyanın 100-dən çox ölkəsinə canlı yayımlanması planlaşdırılır.
 
“Biz çox şadıq ki, ölkəmiz yenidən Bakı Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. Yarışın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilməsi bizim üçün böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik.
 
Bu turnir idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir. Dünyanın hər bir yerindən cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik.”, - deyə ACF-nin baş katibi Rəşad Rəsullu bildirib. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31