2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

İspaniya millisi Bakıda çempion oldu

İspaniya yığması Bakıda keçirilən 17 yaşadək qız həndbolçular arasında Avropa çempionatının qalibi olub.
 
Futbolxeber.az saytının məlumatına görə, “buğalar” Bakı İdman Sarayında baş tutan final qarşılaşmasında Sloveniyanı 28:20 hesabı ilə məğlub edib.
 
Farer adalarını 32:27 hesabı ilə üstələyən Litva 3-cü, İsrailə 32:31 hesabı ilə qalib gələn Bosniya və Herseqovina 5-ci yeri tutub. 7-ci yer uğrunda matçda Yunanıstan Gürcüstandan güclü olub – 29:17. Azərbaycan millisi isə 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.
 
Matçlardan sonra mükafatlandırma mərasimi təşkil edilib. Tədbirdə çıxış edən Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi Ştefan Lövqren Bakıdakı qitə birinciliyinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan Həndbol Federasiyasının (AHF) fəaliyyətini yüksək qiymətləndirib.
 
Turnirin ən yaxşı oyunçularına, yarışın hakimlərinə, EHF və AHF nümayəndələrinə hədiyyələr verildikdən sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub. Mükafatları Ştefan Lövqren, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov və baş katibi Yusif Atakişiyev veriblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31