2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

İlham Zəkiyev: "Dünya Oyunlarında xalqımızı daha yüksək nəticələrlə sevindirəcəyik"

"Bir həftədən sonra bizi İngiltərədə Dünya Oyunları gözləyir. Orada xalqımızı daha yüksək nəticələrlə sevindirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bunları Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa paralimpiya çempionatında gümüş medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

90 kq-dan yuxarı çəkidə fəxri kürsüyə qalxan 2 qat paralimpiya çempionu təəssüratların əla olduğunu bildirib: "Səhər tezdən bizi qarşılamağa gəlmisiniz. Əziyyət çəkən insanlara, rəhbərliyə idmançılar və məşqçilər adından təşəkkürümü bildirirəm. Çox gözəl çıxış etdik, medalların əyarına görə komanda hesabında ikinci olduq. Gələn dəfə daha yaxşı nəticə göstərəcəyik".

48 kq çəki dərəcəsində Avropa çempionu olan Şəhanə Hacıyeva yarışın möhtəşəm keçdiyini söyləyib: "Əməliyyatdan sonra ilk sınağım olsa da, Vətənə qızıl medalla döndüm. Ümid edirəm ki, bu nəticəni Dünya Oyunlarında da təkrarlayaram".

70 kq-da qızıl medala sahib çıxan Xanım Hüseynova qitə çempionatının yığma üçün uğurlu alındığını vurğulayıb: "Əsas odur ki, çempion olduq. Növbəti yarış Dünya Oyunlarıdır. Hədəfimiz isə Paris-2024 Yay Paralimpiya Oyunlarındə bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir".

73 kq-da Avropa ikincisi olan Namiq Abaslı da yarışın keyfiyyətindən razı qalıb: "Avropa çempionatı yüksək səviyyədə keçirildi. Mənim çəkimdə güclü rəqiblər var idi. Yüksək səviyyədə hazırlıq keçdiyim üçün onlara qalib gələrək gümüş medal qazandım. Qarşıda Dünya Oyunları var. İnanıram ki, orada "gümüş"ü "qızıl"a çevirə biləcəyəm".

Qeyd edək ki, paracüdoçular Avropa çempionatını 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31