2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Tacikistanda keçirilən beynəlxalq turnirdə 1 gümüş və 2 bürünc medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına gröə, Era Maftuha-Həcər Nuriyeva tandemi qadınların qoşa yarışında ikinci yeri tutub.

İlk görüşdə Qazaxıstanı təmsil edən rəqibləri meydançaya çıxmadığından birbaşa yarımfinala vəsiqə qazanan cütlük bu mərhələdə Özbəkistandan olan həmkarlarına qalib gələrək finala yüksəlib. Onlar qızıl medal uğrunda qarşılaşmada Rutaparna Panda-Svetaparna Panda duetinə iki setin yekununda məğlub olaraq, gümüş medalla kifayətləniblər.

Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə Tacikistanın Düşəndə şəhərində keçirilən "International" seriyalı beynəlxalq turnirdə 3-cü olublar.

Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan Dviçayo yarımfinala gedən yolda Qazaxıstan, Şri-Lanka və Hindistandan olan rəqiblərinə qalib gələrək ən güclü "4-lüy"ə yüksəlib. O, finalın bir addımlığında Vyetnam badmintonçusu Le Duc Phata 0:2 hesabı ilə uduzub.

Eyni nəticəyə Keişa Fatimə Zəhra da imza atıb. Qadın badmintonçuların şəxsi yarışında Kipr və Misr badmintonçularını mübarizədən kənarlaşdıran Keişa finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Anupama Upadhya ilə bacarmayıb - 0:2.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31