2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Elnur Məmmədli: "Olimpiya çempionu olmağım həyatımı dəyişdi"

“İdmana gəlməyimdə ən böyük səbəbkar mənim anam olub".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri 15 il əvvəl - 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib.
 
Hazırda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərən E. Məmmədli qeyd edib ki, Olimpiya çempionluğunu qazanmaq onun uşaqlıq arzusu olub: "1992-ci ildə Nazim Hüseynov  ilk azərbaycanlı Olimpiya çempionu kimi adını tarixə yazdırdı. Mənim də uşaqlıqdan ən böyük arzum olub ki, Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu məhz mən olum. O günü aydın xatırlayıram - çempion olmağıma o qədər əmin idim ki, bunu həm bizim idmançılara, həmdə xarici idmançılara çəkinmədən deyirdim. Başa düşürdüm ki, bu mənim həyatımın şansıdır və mən bu şansı əldən verə bilmərəm".
 
35 yaşlı sabiq cüdoçu Olimpiya çempionu olmağının onun həyatını dəyişdiyini bildirib: "O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım mənim həyatımı dəyişdi. İstər Dünya çempionu olsun, istərsə Avropa çempionu olsun qələbə ili ilə bağlı suallar təbii olaraq yaranır. Lakin Olimpiya çempionu olmaq şərəfi ömürlük mükafat olaraq qalır, bu zamandan daha üstündür. Azərbaycanda Olimpiya çempionunun sayı çox olmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimiz ilə Möhtərəm Prezidentimiz Cənab Prezident İlham Əliyevi qürurlandırmağı çox arzulayıram".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31