3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Rüstəm Orucov: “Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam”

“Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam”.

Futbolxeber.az-ın məlumatına görə, bunu iki gün əvvəl karyerasını başa vurduğunu elan edən Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan 32 yaşlı idmançı cüdonun insan həyatına müsbət təsirindən bəhs edib: “Cüdo insana doğru yolu göstərir. Bu idman növü mənə çox şey öyrətdi - yaxşı davranmağı, başqalarına hörmət etməyi. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır. Mən podiuma qalxdığım anı həmişə xatırlayacağam”.

Qeyd edək ki, karyerası ərzində iki dəfə dünya ikincisi olan, 2016-cı ildə isə Avropa çempionluğu titulunu qazanan Rüstəm Orucov, eyni zamanda, 16 dəfə “Böyük Dəbilqə”, 12 dəfə isə "Qran-pri" yarışlarında mükafatçılar sırasına düşüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31