3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan Universiadanı 38-ci pillədə başa vurub

Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, idmançılarımız yarışda 3 gümüş və 6 bürünc medal qazanıblar.
 
Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.
 
Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.
 
Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
 
Qeyd edək ki, XXXl Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkə idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıblar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31