2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Teymur və Rauf mübarizəni dayandırdı, Nicat növbəti mərhələdə

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 3-cü mərhələnin tay-brek görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla üz-üzə gəlib. İlk partiya Santosun uğurlu oyunu ilə yadda qalıb. Ağ fiqurlarla oynayan Rəcəbov məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Hayme Santos 116 finala adlayıb. Teymur Rəcəbov yarışda iştirakını dayandırıb.

Azərbaycanın digər təmsilçisi Rauf Məmmədov da komanda yoldaşının aqibətini təkrarlayıb. R.Məmmədov FIDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb.

Ölkəmizin yarışda son təmsilçisi Nicat Abasov təcrübəli Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələbəsi ilə sona çatıb.

Sabah Dünya Kubokunda istirahət günüdü. Avqustun 9-da Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31