2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Azərbaycanlı dünya çempionu: “Gərək heç-heçəyə oynayardım”

“Gərək heç-heçəyə oynayardım, ardınca isə bacarığımı tay-brekdə sınayardım”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı şahmatçı Abdulla Qədimbəyli ABŞ təmsilçisi Rey Robsona Bakıda keçirilən Dünya Kubokunun III mərhələsində məğlub olduğu görüş barədə danışarkən deyib.

20 yaşlılar arasında dünya çempionu turnirin rəsmi saytına açıqlamasında rəqibi ilə ikinci duelində yanlış varianta əl atdığını etiraf edib: “Görünür, bu yarış üçün təcrübəm azdır. Birinci oyun heç-heçə başa çatmışdı. İkinci görüşdə də vəziyyət bərabər idi. Mən bir növ risk etdim və uduzdum. Cavab oyununda qələbə qazanmaq istəyirdim”.

O, xüsusən də, taktiki cəhətdən səhvə yol verdiyini vurğulayıb: “Dünya Kubokunda rəqabət çox güclüdür. III mərhələyə vəsiqə qazanan şahmatçılar arasında ən aşağı reytinq məndə idi. Birinci partiyada Şamsiddin Vahidov, ardınca ispaniyalı David Quijarronu məğlub etdim. İki mərhələ keçəndən sonra növbəti partiyanın daha çətin olacağını bilirdim”.

Abdulla Qədimbəyli komanda yoldaşı Şəhriyar Məmmədyarovun yarışla erkən vidalaşmasına heyfsiləndiyini söyləyib: “Böyük təəssüf hissi yaşadım. Şəhriyar Dünya Kubokunun favoritlərindən biri idi. Yarışdan əvvəl onun ən azı yarımfinala qədər irəliləyəcəyini düşünürdüm. Şahmatda hər bir nəticə ola bilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31