2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Digər idman növləri

Dünya Kuboku: Üç şahmatçımız tay-brekdə mübarizə aparacaq

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda III mərhələnin cavab görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme Santosla bərabərə qalıb. Heç bir şahmatçının üstünlüyünün olmadığı partiya heç-heçə ilə yekunlaşıb. İlk görüşdə də bərabərlik qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirəcək.

Nicat Abasovun niderlandlı Aniş Giri ilə görüşündə də eyni nəticə qeydə alınıb. İlk qarşılaşmada olduğu kimi cavab oyunu da heç-heçə ilə başa çatıb. Növbəti mərhələyə vəsiqənin sahibi avqustun 7-si tay-brekdə məlum olacaq.

FIDE adından çıxış edən Yan Nepomnyaşi ikinci görüşdə də Rauf Məmmədovla sülhə razılaşıb. Hər iki şahmatçı tay-brekdə qarşılaşacaq.

20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli ABŞ şahmatçısı Rey Robsona uduzmaqla Dünya Kubokunda mübarizəni dayandırıb. Qədir Hüseynovla Lenyer Dominges arasında partiya heç-heçə ilə başa çatıb. İlk görüşdə qalib gələn ABŞ şahmatçısı ümumi nəticəyə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.

Günün ən uzun davam edən partiyası çinli dünya çempionu Yu Vençjunla Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva arasında oynanılıb. 6 saatdan artıq davam edən görüşün ortalarında Fətəliyeva üstünlük əldə etməsinə baxmayaraq, istədiyi nəticəni qazana bilməyib. Yekunda çinli şahmatçı qələbə qazanıb. Fətəliyeva isə Dünya Kubokunda çıxışını dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31