2 May 2024, Cümə axşamı
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Rauf Məmmədov: “Şəhriyarın mübarizəni erkən dayandırması bəxtsizlikdir”

“Şəhriyar kimi şahmatçının mübarizəni erkən dayandırması mənə görə bəxtsizlikdir”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov komanda yoldaşı Şəhriyar Məmmədyarovun Bakıda keçirilən Dünya Kuboku ilə erkən vidalaşması barədə danışarkən deyib.
 
O, turnirin rəsmi saytına açıqlamasında səbəb kimi bəxtsizliklə yanaşı, şahmatın səviyyəsinin qalxmasını göstərib: “Hazırda 2300 əmsala malik olan şahmatçını məğlub etmək asan deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdır. Məncə, sinqapurlu Tin Jinqao əmsalını 2700-ə çatdıracaq, uğurları qarşıdadır”.
 
Dünya Kubokunda III mərhələyə vəsiqə qazanan Rauf Məmmədov tay-brekdəki qələbəsini də dəyərləndirib: “Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya Kubokunun yeni qaydalarında armageddon yoxdur. Bu, çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana təşəkkür etmək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var”.
 
Üçqat Avropa çempionu növbəti mərhələdə qarşılaşacağı FİDE təmsilçisi Yan Nepomnyaşi barədə fikirlərini də bölüşüb: “Növbəti oyuna hazırlaşmaqdan çox rahat dincəlməyi düşünürəm. Yan Nepomnyaşi kifayət qədər güclü şahmatçıdır, vitse-dünya çempionudur. Ən yaxşı oyunumu göstərməyə çalışacağam”.
 
Qeyd edək ki, Dünya Kubokunda III mərhələyə bu gün start veriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31