3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Millimizin voleybolçusu: “Avropa çempionatında məqsədə çatacağımıza inanıram”

“Avropa çempionatında uğurlu çıxış edərək, qarşımıza qoyulan məqsədə çatacağımıza inanıram”.

Futbolxeber.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı blokçu bildirib ki, qitə birinciliyinə hazırlığı yüksək səviyyədə davam etdirirlər: “Baş məşqçinin müəyyənləşdirdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk. Düşərgədə yüksək əhvali-ruhiyyə var. Çox şükür, mənim də səhhətimdə heç bir problem yoxdur. Məşqlərə başladığımız gündən formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram”.

Voleybolçu Belarus yığmasına qarşı Bakıda keçiriləcək yoxlama görüşlərinin komandaya böyük köməyinin dəyəcəyini düşünür: “Bir neçə gündür ki, Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıtmışıq. Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq. Həmin matçlar zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31