3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Güləşçilərimizdən daha 1 qızıl və 1 gümüş medal

Polşada güləş üzrə beynəlxalq turnir davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 4-cü günündə sərbəst güləş üzrə Azərbaycan yığmasının 2 üzvü mübarizə aparıb.

Osman Nurmaqomedov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb - 9:0. Nurmaqomedov daha sonra iki amerikalı güləşçini - Maykl Makkiavello (8:2) və Nikolas Stemmeti (11:0) məyus edib. Finalda polşalı Mixal Bielavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Georgi İvanovu (11:0), daha sonra isə almaniyalı Gennadi Kudinoviçi (6:4) üstələyib. Ancaq finalda amerikalı Nikolas Viazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Sabah milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31