29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Digər idman növləri

Milli Paralimpiya Komitəsinə yeni prezident seçilib

Milli Paralimpiya Komitəsinin (MPK) Növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və komitənin üzvləri iştirak ediblər.

Növbədənkənar Ümumi Yığıncaqda ötəni il ərzində görülən işlər barədə hesabat, İ.Rəhimovun IBSA prezidenti seçilməsi ilə əlaqədar MPK prezidentliyindən öz arzusu ilə istefası, eləcə də Komitənin nizamnaməsinə dəyişikliyin edilməsi və rəhbər orqanının formalaşdırılması kimi məsələlərə baxılıb.

İ.Rəhimov çıxışında Komitəyə gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıb və üzvlərdən istefasının qəbul edilməsini xahiş edib.

Sonra İlqar Rəhimovun istefası məsələsinə baxılıb və qəbul edilib.

Gündəliyə uyğun olaraq qurumun yeni prezidentinin, vitse-prezidentlərinin və İdarə Heyətinin üzvləri seçilib.

Səsvermənin nəticəsinə əsasən, Hidayət Abdullayev Komitənin yeni Prezidenti, İlham Zəkiyev və Fuad Hacıyev vitse-prezidentlər, Jalə Əhmədova və Ramilə Mahmudova isə İdarə Heyətinin üzvləri seçiliblər.

H.Abdullayev göstərilən etimada görə minnətdarlığını bildirib.

Yeni vitse-prezident İlham Zəkiyev və İdarə Heyətinin yeni üzvü Jalə Əhmədova çıxışlarında bu sahənin inkişafı istiqamətində bundan sonra da əzmlə çalışacaqlarını qeyd ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30