29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Millimizin üzvü:"Avropa çempionatında ilkin məqsədimiz qrupdan çıxmaqdır"

"Avropa çempionatında qrupdan çıxacağımıza ümid edirik".
 
Futbolxeber.az saytının  məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Yelizaveta Ruban federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
 
28 yaşlı oyunçu Serbiya və İtaliya yığmalarının favorit olduqlarını bildirib: "İlkin məqsədimiz qrupdan çıxmaqdır. Voleybolçular hansı səbəbdən burada olduqlarını yaxşı anlayırlar. Tam formaya düşsək, vəzifənin öhdəsindən gələcəyik".
 
Ruban komanda yoldaşı Olena Xarçenko ilə birlikdə ailəvi məsələlərə görə komandaya daha gec qoşulduğunu söyləyib: "Biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq keçdik, rejimə uyğun formamızı yığdıq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu matçlar bir-birimizə tam uyğunlaşmaq imkanı verəcək. Çünki, demək olar ki, bir ildir birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Komandada vəziyyət yaxşıdır".
 
O, səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu diqqətə çatdırıb: "Şükürlər olsun, heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30