29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Polina Rəhimova: "Milliyə Avropa çempionatında kömək etmək üçün qayıtdım"

"Komandaya Avropa çempionatında uğurlu nəticə qazanmaqda kömək etmək üçün yenidən buradayam".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Polina Rəhimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Üç ildən sonra yığmaya qayıdan 33 yaşlı oyunçu federasiyanın yeni rəhbərliyinin ona etimad göstərdiyini bildirib: "Mayda əməliyyat olunmuşdum, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər uğurlu çıxış etməkdir. Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb".

Təcrübəli voleybolçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiyini söyləyib. "Yenidən milliyə qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun. Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək”.

Qeyd edək ki, qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30