3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

İdmançımız dünya çempionatında daha bir qızıl medal qazanıb

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən para-atletika üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, sprinter 400 metr məsafəyə qaçışın final mərhələsində bütün rəqiblərini qabaqlayıb. O, məsafəni 55,34 saniyəyə qət edərək qızıl medal qazanıb.

Xatırladaq ki, L.Vəliyeva daha öncə 100 metr məsafəyə qaçışda dünya çempionu olub.

Qeyd edək ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metr qaçışda isə qızıl medal qazanıb.

Bundan əvvəl milli komandanın üzvləri Orxan Aslanov, Lamiyə Vəliyeva, Oloxan Musayev və Səid Nəcəfzadə dünya çempionatında uğurlu çıxış edərək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31