3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Avropa Olimpiya Təsnifat turniri Bakıda keçiriləcək

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, tədbirin yekununda gələn il keçiriləcək lisenziya turnirlərini təşkil edəcək şəhərlər müəyyənləşib.

Aprelin 4-dən 7-dək keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turnirinin təşkilinə namizədliyini irəli sürən şəhərlər Bakı, Tbilisi, Roma, Skopye və Varşava idi. Yekunda paytaxtımız bu məsul yarışı keçirməyə haqq qazanıb. Beləliklə, apreldə Avropa güləşçiləri məhz Bakıda keçiriləcək yarışda hər olimpiya çəkisində 2 lisenziya uğrunda mübarizə aparacaq. Bu yarışın Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulub.

İclasda qəbul edilən digər qərarlara əsasən, Pan-Amerikan Təsnifat turniri 15-17 martda Akapulkoda (Meksika), Afrika-Okeaniya Təsnifat turniri 22-24 martda Qahirədə (Misir), Asiya Olimpiya Təsnifat turniri isə 12-14 apreldə Bişkekdə (Qırğızıstan) baş tutacaq.

Bütün qitə təsnifat yarışlarında hər çəkidə 2 güləşçi Paris-2024-də iştirak hüququ qazanacaq. Yalnız son lisenziya yarışı sayılan Dünya Olimpiya Təsnifat turnirində hər çəkidə 3 idmançı Olimpiadaya vəsiqə əldə edəcək. Bu yarış isə mayın 9-dan 12-dək İstanbulda keçiriləcək.

Xatırladaq ki, güləşdə ilk lisenziya yarışı bu il 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatıdır. Mundialda hər olimpiya çəkisində 5 güləşçi ölkəsinə lisenziya qazandıracaq. Ümumilikdə DÇ-də 90, qitə təsnifat turnirlərində 144 (hər birində 36), nəhayət Dünya Təsnifat turnirində 54 olimpiya vəsiqəsi öz sahibini tapacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31