3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan güləşçiləri Türkiyədəki beynəlxalq turnirdə 12 medal qazanıblar

Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, ənənəvi yarışda yığma üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə ediblər.

Beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31