3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Güləş millilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı

İyunun 26-dan iyulun 2-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın qitə birinciliyində hər 3 güləş növü üzrə yığması iştirak edəcək.

Yarışın ilk günlərində yunan-Roma, daha sonra qadın, sonda isə sərbəst güləş üzrə mübarizə başlayacaq.

Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında AÇ-də çıxış edəcək yunan-Roma və qadın güləşi üzrə komandaların üzvləriylə görüş keçirilib. Federasiya rəsmiləri və məşqçilər heyəti idmançılara məsul yarışda uğurlar arzulayıb.

Yunan-Roma güləşi üzrə gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyində Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Fəraim Mustafayev (63 kq), Kənan Abdullazadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzaim Mərdanov (130 kq) uğur qazanmağa çalışacaq.

Qadın güləşçilərin yarışında böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Gültəkin Şirinova (53 kq), Ruzanna Məmmədova (55 kq), Nərgiz Səmədova (57 kq), Firuzə Məcidova (59 kq), Fatimə İsayeva (68 kq) və Mərziyə Sadıqova (72 kq) mübarizə aparacaq.

Sərbəst güləş üzrə yığmanın heyəti isə iyunun 27-də açıqlanacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31