3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycanın badminton komandası tarixi ilkə imza atıb

Azərbaycan “Port of Baku” badminton komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında bürünc medal qazanaraq, tarixi ilkə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komanda qrup mərhələsində “Rekriativo” (İspaniya) və “Balozi” (Latviya) klubları ilə qarşılaşıb.

İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan “Port of Baku” ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək, Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Portuqaliyanın “Lagoense” klubu ilə qarşılaşan “Port of Baku” 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Azərbaycan təmsilçisi debüt mövsümündə finalın bir addımlığında Klublararası Avropa çempionatının qalibi İtaliyanın “Matex Marabadminton” klubuna 0:3 hesabı ilə uduzub.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31