2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Avropa çempionatı: Daşdəmirov qızıl, Seyidəlili bürünc medal qazandı

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Tiranada keçirilən U-17 Avropa çempionatında medal qazanıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan Turan Daşdəmirov finalda Rustem Abatsiyevlə (Rusiya) qarşılaşıb. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov Avropa çempionu olub.
 
51 kq-da çıxış edən  Əli Seyidəlili  3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.
 
Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda Suzanna Horbiki (Polşa) 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.
 
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) turnirdə bürünc medala yiyələniblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31