29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Digər idman növləri

Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Futbolxeber.az saytının məlumatına görə, yığma Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yeni məşqçilər heyətinin rəhbərliyi altında yollanacaq. Komanda müvəqqəti olaraq, gənclərdən və yeniyetmələrdən ibarət millilərin çalışdırıcılarına həvalə edilib.

"Krakov-2023"də baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovu müvafiq olaraq, Məmməd Abdullayevlə Rəşad Məmmədov əvəzləyəcəklər. Onların qarşısına maksimum yüksək nəticə qazanmaq hədəfi qoyulub.

Qadınlardan ibarət yığma isə Oyunlarda dayanq üzərinə baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında çıxacaq.

Azərbaycan III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Yarışda Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvəsini sınayacaq.

Komandaya ümumi rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Polşada ölkəni hakim kimi isə beynəlxalq dərəcəli referi Aygül Abdullayeva təmsil edəcək.

Qeyd edək ki, Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30